...İsrail Qəzza zolağında məqsədlərinə çatmayacaq. Bundan əlavə, israilli girovlar HƏMAS-ın şərtləri ilə azad olunacaqlar.
SİA-nın RİA Novosti-dən əldə etdiyi məlumata görə, bunu Fələstin hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib.
Onun sözlərinə görə, Fələstin hərəkatının üzvləri Qəzza zolağında müqavimət göstərməyə davam edəcək və Fələstin xalqı düşmənə qarşı strateji döyüş aparacaq.
“Düşmənin bütün planları iflasa uğrayacaq və o, öz məqsədlərinə çatmayacaq eləcə də müqavimətin qoyduğu qiymət istisna olmaqla, girovlarını geri qaytarmayacaq”, - deyə Haniyə bildirib.
Qeyd edək ki, HƏMAS daha əvvəl Əl-Şifa xəstəxanasında tapılan silahlarla bağlı İsrail Müdafiə Qüvvələrinin iddialarını təkzib etmişdi.
Qeyd edilib ki, bu ifadələr yalan və onların cinayətlərinə bəraət qazandırmaq üçün hazırlanmış ucuz təbliğatdır. HƏMAS, İsrail rəsmilərinin silah və sursat yerləşdirərək səhnələşdirdikləri” Əl-Rantisi xəstəxanası ilə bağlı da eyni şeyi etdiklərini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB