Bu arada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı forumu çərçivəsində Ukrayna ətrafındakı vəziyyətə marağın ötən illə müqayisədə zəiflədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Beləliklə, Pankinin sözlərinə görə, ötən il, sadəcə olaraq, parlayan, ərzaq və enerji bazarlarında bütün problemlərin demək olar ki, yeganə eləcə də əsas mənbəyi kimi ortaya çıxan Ukrayna amili bu il artıq səngiməkdədir.
Nazir müavininin sözlərinə görə, artıq görüşlərdə də Ukrayna münaqişəsi ilə bağlı mövzu yalnız az sayda ölkələr tərəfindən qaldırılır.
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı forumu çərçivəsində San-Fransiskoda keçirilən sammitində Rusiya nümayəndə heyətinə ləyaqətlə yanaşıldığı barədə daha əvvəl məlumat verilmişdi. Nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Aleksey Overçuk tədbirin siyasiləşdirilməsinə cəhd edilsə də, forumun sırf iqtisadi xarakter daşıyacağına ümid etdiyini bildirib.
Bunu da nazir müavini Aleksandr Pankin bəyan edib.
Xatırladaq ki, noyabrın 11-dən 17-dək San-Fransiskoda keçiriləcək forumda 21 ölkə, o cümlədən ABŞ, Çin, Rusiya, Kanada, Meksika və Yaponiya iştirak edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB