Rusiyanın 13 regionunda istintaq təcridxanaları dustaqla doludur

Rusiyanın 13 regionunda istintaq təcridxanaları dustaqla doludur

Rusiyanın 13 regionunda 30 istintaq təcridxanası məhbuslarla doludur. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” və “TASS” Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostevə istinadən xəbər verir.

Rusiyalı rəsmiyə görə, Moskva və Moskva vilayətində “böyük limit” var.

Qostev qeyd edib ki, bəzi məhbuslar Mərkəzi Federal Dairənin bölgələrinə köçürülüb.

Maraqllıdır ki, Federal Penitensiar Xidmətin direktoru işlərin həddən artıq çox olmasından, amma bütün bunların onlardan asılı olmasından da gileylənib.

...İstintaq, məhkəmə, prokurorluq qabaqlayıcı tədbir seçərkən belə işləyir . İstintaq təcridxanası istintaq hərəkətlərinin başa çatmasını və müxtəlif instansiyalarda məhkəmə qərarlarının çıxarılmasını uzun müddət gözləməkdir.

Qostevin sözlərinə görə, 2023-cü il noyabrın 1-nə olan məlumata görə, 210 istintaq təcridxanasında və istintaq təcridxanası kimi fəaliyyət göstərən 73 binada 105 mindən çox insan saxlanılır.

Keçən il bu rəqəmin 112 min nəfər olduğu bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə