...Rusiyada analıq kapitalına xərclər 130 milyard rubl azalacaq. Bu, Dövlət Dumasında ikinci oxunuşdan keçən 2024-2026-cı illər üçün federal büdcəyə daxil edilib.
SİA Rusiya qaynaqlarına istinadən xəbər verir ki, bu barədə parlamentin Ailə, qadın və uşaq komitəsinin rəhbəri Nina Ostanina məlumat verib.
Onun sözlərinə görə, vəsaitin həcminin azaldılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təklif edilib.
Və əsas kimi göstərilməsə də, lakin mahiyyət etibarilə - yaxın üç ildə ölkədə doğum səviyyəsinin gözlənilən azalması önə çəlilib(?).
“Bu qeyri-müəyyən arqument məni inandırmır ki, dövlətin həqiqətən uşaqlara ehtiyacı var”-deyən Ostanina, qanunvericilik təşəbbüsünü hökumətin uşaq dünyaya gətirmək üçün aktiv çağırışlar fonunda əhalinin azaldılmasını nəzərdə tutduğu ikiüzlü yanaşma, hətta abortun qadağan edilməsi ilə bağlı ideyalar adlandırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin rəhbəri bu gün Rusiyada iki uşaqlı ailələrin 26 faizinin yoxsulluq həddindən aşağı, üç və daha çox uşaqlı ailələrin 50 faizinin isə yoxsulluq içərisində olduğunu bildirib.
Yeri gəlmişkən, çərşənbə günü Rusiya Dövlət Duması 2024-cü il, eləcə də 2025-2026-cı illər üçün planlaşdırılan federal büdcə layihəsini ikinci oxunuşda qəbul edib. Büdcə müasir Rusiya tarixində rekord göstərici olan hərbi xərcləri nəzərdə tutur, təxminən 10,8 trilyon rubl və ya ÜDM-in təxminən 6 faizi. Qeyd edək ki, bu, dünyada ilk yerlərdən biridir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB