Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamağa hazırdır

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamağa hazırdır

Estoniya zərurət yaranarsa, Rusiya ilə sərhəddəki keçid məntəqələrini qismən və ya tamamilə bağlamağa hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu sərhəd xidmətinin rəhbəri Veiko Kommusaar bildirib.

...Avropa İttifaqına Estoniya vasitəsilə daxil olmaq yalnız bunun üçün bütün hüquqi əsasları olanlar üçün mümkündür. Biz vəziyyəti diqqətlə izləyirik və lazım gələrsə, istənilən qanunsuz miqrasiyanın qarşısını almağa hazırıq. Sərhəddəki vəziyyətdən asılı olaraq, bu, keçid məntəqələrinin qismən və ya tamamilə bağlanması demək ola bilər.

Rəsmi qeyd edib ki, Estoniya Finlandiyanın Rusiya Federasiyası ilə sərhəddəki 4 nəzarət-buraxılış məntəqəsini bağlamaq qərarından xəbərdardır.

...Bu, əlbəttə ki, indiyə qədər bu sərhədlərdə toplanan insanların Estoniya sərhəd keçidlərində qalması deməkdir.

Bunu da Kommusaar bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə