ABŞ Zelenskiyə xəbərdarlıq edib..?

ABŞ Zelenskiyə xəbərdarlıq edib..?

Amerika administrasiyasının rəsmiləri artıq Ukrayna prezidenti Vladimir Zelenskiyə ölkənin Rusiya ilə münaqişədə mümkün qaçılmaz məğlubiyyəti barədə xəbərdarlıq ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,bunu Time yazır.

Materialda qeyd edildiyi kimi, söhbət Vaşinqtonun Kiyevi Moskva ilə danışıqlardan imtina ilə bağlı mövqeyinə yenidən baxmağa inandırmaq cəhdindən gedir.

Ukraynanın əks-hücumunun uğursuzluğundan sonra Ağ Ev nəticə verməyəcək bir layihəyə sərmayə qoyduqlarını anlamağa başlayıb. Bundan əlavə, indi bütün qüvvələr Yaxın Şərqə köçürülməlidir.

Ruslar nəşrə istinadən yazırlar ki, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Penni Pritzkerin Ukrayna lideri Vladimir Zelenski ilə bu yaxınlarda keçirdiyi görüş zamanı o, ABŞ-dan yardımı dayandırmaq ideyasına gətirib çıxarıb.

...Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev NSN-ə açıqlamasında bildirib ki, Qərb Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Ukraynada ləngiməyə məcburdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə