İspaniyada sosialistlərin lideri Pedro Sançes yeni hökumət qurmaq üçün parlament üzvlərinin əksəriyyətinin dəstəyini alıb.
SİA-nın əldə etdiyi məlumata görə, Kataloniya separatçılarının nümayəndələri də daxil olmaqla, 179 deputat Sançesin namizədliyinə səs verib.
Mühafizəkarların və ifrat sağçı deputatların nümayəndələri - ümumilikdə 171 nəfər əleyhinə səs verib.
...“El Pais” nəşri, Sançesin parlamentdəki qələbəsi dörd aylıq siyasi böhrana son qoya biəcəyini yazır.
Qeyd edək ki, may ayında sosialist lider partiyası milli və regional seçkilərdə məğlub olduqdan sonra növbədənkənar seçkilər elan etmişdi.
Parlamentdə səslərin çoxluğunu qazanmaq üçün Sançes separatçı partiyaların dəstəyini almalı idi. Media qeyd edir ki, ən çətin danışıqlar Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemonun partiyası ilə olub. O, 2017-ci ildə Kataloniyanın müstəqillik cəhdində iştirak edənlərə amnistiya verilməsini tələb edib.
Xatırladaq ki, bundan əvvəl sosialistlər bu şəxslərə amnistiya haqqında qanun layihəsi təqdim etmişdilər. Amma İspaniyada amnistiyaya qarşı etirazlar keçirildi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB