Fransa səfirindən çağırış: ermənilərə qarşı zorakılığı dayandırın!

Fransa səfirindən çağırış: ermənilərə qarşı zorakılığı dayandırın!

Fransanın Ermənistandakı səfirliyi israilliləri Qüdsün Köhnə şəhərinin erməni məhəlləsinin cənub-qərb hissəsində ermənilərə qarşı zorakılığı dayandırmağa çağırıb.

X-dəki diplomatik missiyanın səhifəsində bildirilir ki, Fransa israillilərin əhaliyə zorakı təzyiqlər göstərdiyi İçərişəhərin erməni məhəlləsində yaranmış gərginlikdən narahatdır.

SİA “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, iğtişaşlar Erməni Apostol Kilsəsinin Qüds Patriarxlığının primatı, arxiyepiskop Nurxan Manukyanın iş adamı Daniel Rubinşteynə mehmanxana tikintisi üçün torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi haqqında müqavilə imzalamasından sonra yaranıb.

Deyilənlərə görə, erməni icması Yerusəlimdə bu sövdələşməyə qarşı etiraz aksiyaları keçirməyə başlayıb. Mübahisə olunan ərazi, o cümlədən orada yerləşən gimnaziya və seminariya vahid bir bütövdür.

İcma nümayəndələri hesab edirlər ki, bu əraziyə nəzarətin itirilməsi erməni məhəlləsinin həyatına mənfi təsir göstərəcək və onu həssas vəziyyətə salacaq(?).

Xatırladaq ki, bir müddət bundan əvvəl polis İsrail mühacirləri ilə növbəti toqquşmadan sonra dörd ermənini saxlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə