Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İsrail rəsmilərinin prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarını tənqid edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ömər Çelik bu barədə rəsmi internet səhifəsində paylaşım edib.
Ədalət və İnkişaf Partiyasının sözçüsü paylaşımında bildirib ki, İsrail rəhbərliyinin minlərlə mülki qadın və uşağı qətlə yetirməsi, məscidləri, kilsələri, xəstəxanaları bombalaması bəşər tarixində qara səhifə olaraq qalacaq.
Ömər Çelik deyib:"Əli qanlı İsrail administrasiyasının baş naziri Binyamin Netanyahu və İsrailin xarici işlər naziri Eli Koen prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alaraq törətdikləri cinayətlərin üstünü örtməyə cəhd edirlər. Prezidentimiz insan ləyaqətini uca tutan və bəşəri dəyərləri qətiyyətlə müdafiə edən siyasət yürüdür. Netanyahu və onun kimiləri qətliam siyasətinin davamçılarıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB