Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev cümə axşamı, noyabrın 16-da Rusiyanın qələbəsinə əmin olduğunu bildirib.
...Bizə nə lazımdır? Bizə qələbə lazımdır! Və o da olacaq! edəcək!
SİA-nın əldə etdiyi məlumata görə, Medvedev bunu “Vahid Rusiyanın Gənc Qvardiyası” təşkilatının 18-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
Qeyd edək ki, fəalları təbrik edən rusiyalı rəsmi, onların Rusiyanın qələbəsinə töhfə verəcəklərinə ümid etdiyini bildirib.
Xatırladaq ki, sentyabrın sonunda Təhlükəsizlik Şurasının sədr müavini, Ukraynada xüsusi əməliyyatın “Kiyev rejimi” məhv edilənə qədər davam edəcəyini bildirmişdi.
Yeri gəlmişkən, bu günlərdə Ukraynada xüsusi hərbi əməliyyatın nə vaxt dayandırmağın mümkün olacağı ilə bağlı sualı cavablandıran Rusiya prezidenti Vladimir Putin, Ukraynada müharibəni Rusiyanın başlamadığını demişdi. Onun sözlərinə görə, Moskva, əksinə, bu müharibəni bitirməyə çalışır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB