Çinin Lülianq şəhərində 4 mərtəbəli binada yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bölgəyə çoxlu sayda yanğınsöndürən və tibbi qruplar göndərilib. Xilasetmə işlərindən sonra 64 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 26-sı bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 38 nəfərin isə müalicəsi davam edir.
Yanğının səbəbini müəyyən etmək üçün qrup yaradıldığı bildirilib. Lülianq yanğınsöndürmə bölməsi alovu təxminən 8 saatdan sonra söndürə bilib. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Zirvə Toplantısında iştirak etmək üçün ABŞ-da səfərdə olan Çin Xalq Respublikasının sədri Si Cinpin aidiyyatı qurumlara göstərişlər göndərərək, səlahiyyətlilərdən yaralıların müalicəsi və hadisənin səbəblərinin müəyyən edilməsi üçün hər cür səy göstərmələrini istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB