Amerika vətəndaşları arasında aparılan yeni sorğuya görə, İsrailin Qəzzada "HƏMAS"-a qarşı müharibəsinə ABŞ ictimaiyyətinin dəstəyi azalır. Amerikalıların əksəriyyəti humanitar böhrana çevrilən münaqişədə İsrailin atəşkəs elan etməli olduğunu düşünür. SİA xarici mətbuata istinadən xəbər verir ki, çərşənbə axşamı başa çatan iki günlük sorğuda respondentlərin təxminən 32%-i ABŞ-ın müharibədə hansı rol oynamalı olduğu sualına "ABŞ İsraili dəstəkləməlidir" deyib.
"Reuters"in 12-13 oktyabr tarixlərində keçirdiyi sorğuda ABŞ-ın İsraili dəstəkləməsi lazım olduğunu deyənlərin nisbəti 41% olub. Yeni sorğuda “ABŞ tərəfsiz vasitəçi olmalıdır” deyənlərin payı əvvəlki ayda 27% ikən, son iki gündə bu nisbət 39%-ə yüksəlib.
Sorğuya qatılanların təxminən 68 faizi “İsrail atəşkəs elan etməli və danışıqlara cəhd etməlidir” ifadəsi ilə razılaşdıqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB