34 yaşlı qadını çimərlikdə ildırım vurub - DƏHŞƏTLİ HADİSƏ

34 yaşlı qadını çimərlikdə ildırım vurub - DƏHŞƏTLİ HADİSƏ

Kolumbiyanın Kartaxena şəhərindəki "Boquilla Beach"də dəhşətli hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, tətilə getdiyi çimərlikdə mənzərənin, dənizin və qumun dadını çıxarmaq istəyən Froilanis Maireth Rivas Roman faciəvi şəkildə ölüb.

Belə ki, 34 yaşlı qadını çimərlikdə ildırım vurub. Təhlükəsizlik kameralarına anbaan düşən görüntülərdə qadının ildırım vurduqdan sonra yıxıldığı görünür. Bu zaman qadının yanından keçən polis əməkdaşı qorxusundan özünü yerə atıb.

Qadının hadisə yerində öldüyü açıqlanıb. Kolumbiya səlahiyyətliləri belə hadisələrin çox tez-tez baş verdiyini və ildırım vurmasından ölənlərin nisbətinin yüzdə 10 olduğunu bildirib. Rəsmi məlumatlara görə, ildırım vurma ehtimalı milyonda bir olaraq qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə