Rusiya Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiənin 6-cı Ordusunun keçmiş komandanı Vladimir Sviridov Stavropol diyarının Adjiyevski kəndindəki evində ölü tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun yanında arvadı Tatyananın da cəsədi görülüb.
Bildirək ki, cütlüyün ölüm səbəbi məlum deyil. Həmçinin, Vladimir və Tatyana Sviridovların cəsədlərində zorakı ölüm izləri aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB