ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft və qaz sektoruna qarşı yeni sanksiyalar hazırlayır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hoxşteyn deyib.
“Biz bu sanksiyaları tətbiq edəcəyik”, - deyə o bildirib və əlavə edib ki, İrandan neft ixracı bir gündə bir milyon bareldən çoxdur. Onun fikrincə, sanksiyalar səbəbindən bu “rəqəmlər azalacaq”.
Xatırladaq ki, İran oktyabrın 7-də İsrailə hücum edən Fələstinin Həmas qruplaşmasını, həmçinin daha sonra İsrail ərazilərini atəşə tutmağa başlayan Livan “Hizbullah”ını dəstəkləyib.
ABŞ İsrailə hərbi yardımlar göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB