ABŞ-ın “Tomas Hudner” esminesi Qırmızı dənizdə Yəmənin pilotsuz uçuş aparatını vurub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Reuters” agentliyi ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə istinadən yayıb.
Qeyd olunur ki, pilotsuz təyyarə Yəməndən buraxılıb və gəmiyə doğru irəliləyirmiş. Lakin Pentaqon pilotsuz təyyarənin vurulmadan əvvəl nə qədər yaxından uça bildiyini dəqiqləşdirməyib.
Bu, son bir ayda ikinci belə haldır.
Xatırladaq ki, oktyabr ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi Yəməndən atılan üç qanadlı raketi və bir neçə İHA-nı ələ keçirib.
O zaman Pentaqonun sözçüsü raketlərin və pilotsuz təyyarələrin nəyi hədəfə aldığını dəqiq deyə bilməyəcəyini, lakin onların İsrailə doğru yönəlmiş ola biləcəyini bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB