İranın üç atom bombası yaratmaq üçün resursları var

İranın üç atom bombası yaratmaq üçün resursları var

...İranda kifayət qədər 60 faizədək zənginləşdirilmiş uran var ki, sonrakı texnoloji proseslərlə üç atom bombası yaratmaq mümkün olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Reuters” Beynəlxalq Atom Enerjisi Agentliyinin məxfi hesabatlarına istinadən yayıb.

Hesabatda bildirilir ki, İranın zənginləşdirilmiş uran ehtiyatı 2023-cü ilin sentyabrından bu yana 6,7 ​​kq artaraq 128,3 kq-a çatıb.

MAQATE təsnifatına görə, atom bombası üçün təxminən 42 kq material nəzəri cəhətdən kifayətdir və silah dərəcəli uranı əldə etmək üçün onu təxminən 90 faiz saflığa qədər zənginləşdirmək lazımdır.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi bəyan etmişdi ki, ölkə uranı 60 faizə qədər zənginləşdirir, lakin bu hərəkətlər nüvə silahı yaratmaq məqsədi daşımır.

Bundan əlavə, İran bu yaxınlarda ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına hücumlarda iştirak etmədiyini bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə