ABŞ-ın kəşfiyyatçı PUA-sı Krımdan Livana köçürülüb?

ABŞ-ın kəşfiyyatçı PUA-sı Krımdan Livana köçürülüb?

...Adətən Krımı izləyən ABŞ-ın kəşfiyyat pilotsuz təyyarəsi olan “RQ-4 Global Hawk” hazırda Livan ərazisinə yerləşdirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Military Chronicle” yayıb.

Qeyd olunur ki, “FORTE10” çağırış işarəsi olan pilotsuz təyyarə İsrail ətrafında vəziyyətin pisləşməsi fonunda həmən ərazilərə yerləşdirilib.

Onu da qeyd edək ki, yüksək hündürlükdə uçan “RQ-4 Global Hawk” pilotsuz təyyarələri Krım sahilləri yaxınlığında müntəzəm olaraq növbətçilik edir və “yarımadadakı hərbi hədəflərə raket zərbələri endirməzdən əvvəl” faktiki olaraq hərbi məlumat toplayırdı.

Şahidlərin dediyinə görə, paralel olaraq Livan yaxınlığındakı hava məkanında “Eurofighter Typhoon FGR.4” qırıcıları ilə örtülmüş quyruq nömrəsi “RRR9961” olan Britaniyanın “Airbus KC2 Voyager” tankeri də peyda olub.

Xatırladaq ki, bir müddət bundan əvvəl, İsrail qırıcılarının onun postlarının atəşə tutulmasına cavab olaraq Livandakı Hizbullah hərəkatının infrastrukturuna hücum etdiyi bildirilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə