Rusiyanın Çexiya ərazisindəki bütün əmlakı dondurulacaq, təkcə...

Rusiyanın Çexiya ərazisindəki bütün əmlakı dondurulacaq, təkcə...

...Çərşənbə günü keçirilən iclasda Çexiya hökuməti Rusiya dövlətinə məxsus ölkədəki bütün əmlakın dondurulması barədə qərar qəbul edib. Yeganə istisnalar Rusiyanın Praqadakı səfirliyinin binası və Rusiya diplomatik departamentinin istifadə etdiyi dörd başqa obyekt olacaq. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

...Qeyd edək ki, burada texniki cəhətdən söhbət Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Xarici Əmlakın İdarə Olunması Müəssisəsinin Çexiya hakimiyyət orqanları tərəfindən saxlanılan sanksiyalar siyahısına daxil edilməsindən gedir.

Lipavskinin sözlərinə görə, bu müəssisə hüquqi şəxsdir və onun gəlirindən Ukraynada dinc sakinləri qətlə yetirən Rusiya rejimi maliyyələşdirilir.

Beləliklə, Rusiya əmlakı ilə bağlı bank hesabları bloklanacaq, daşınmaz əmlakla bağlı əməliyyatlara məhdudiyyətlər qoyulacaq ki, onlar satılmasın. Söhbət konkret hansı obyektlərdən getdiyi barədə məlumat verilmir, Lipavskinin sözlərinə görə, onlar Praqa və Karlovı Varıda yerləşir. Rusiya tərəfi ilə icarə müqaviləsi bağlamış şəxslər binalardan istifadəni davam etdirə biləcəklər, lakin icarə haqqı xüsusi hesablara ödəniləcək.

Xatırladaq ki, bir neçə il əvvəl Çexiya “Maqnitski qanunu”nun analoqunu qəbul edib ki, indi ona uyğun olaraq Avropa İttifaqı səviyyəsində sanksiya siyahılarına daxil olmayan şəxslərə qarşı müstəqil şəkildə sanksiyalar tətbiq edə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə