Bayden-Si görüşünün nəticələri Kremlə ciddi zərbə vura bilər

Bayden-Si görüşünün nəticələri Kremlə ciddi zərbə vura bilər

...Deməli, Çin lideri Si Cinpin ABŞ prezidenti Cozef Baydenlə görüşməyi planlaşdırdığı Birləşmiş Ştatlara səfər edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiya hələ ki, səfəri şərh etmir, çünki konstruktiv dialoq faktının özü Kreml üçün xoşagəlməzdir.

Qeyd edilir ki, hələlik yalnız rusların təbliğat teleqram kanalları Si-nin ABŞ-la əməkdaşlıq etmək qərarına kəskin reaksiya verməkdədir.

Bu arada ukraynalı politoloq Vladimir Fesenko bu fikirləri “Kanal 24”-lə bölüşərək əlavə edib ki, bu, açıq şəkildə Rusiyanın maraqlarından xəbər verir. Çünki Vaşinqtonla Pekin arasında gərginlik və münaqişələrin olması Kreml üçün faydalıdır.

Fesenkonun fikrincə, Çin və ABŞ arasında açıq qarşıdurma və çəkişmələrin olması Moskva üçün əlverişlidir. Belə olan halda Rusiya ilə Çin arasında hərbi sahədə əməkdaşlıq intensivləşəcək. Xüsusilə, söhbət silah tədarükü və Pekinin Ukraynadakı müharibəyə dəstəyindən gedir.

Fesenkoya görə, hazırda Çin məsafə saxlayır. O, Rusiyadan öz xeyrinə istifadə edir.

Amma təəssüf ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsini ABŞ-la rəqabət kontekstində görür. ...Müharibənin səbəbləri ilə bağlı qiymətləndirmələrində Rusiyaya çox yaxındırlar. Onlar hesab edirlər ki, bu, NATO-nun Şərqə genişlənməsinin nəticəsi, ABŞ-ın geosiyasi hegemonluğu və digər stereotiplərin nəticəsidir.

Bunu bildirən ukraynalı politoloq Çinin Rusiya-Ukrayna müharibəsini dəstəkləmək və işğal olunmuş ərazilərin ilhaqını tanımaq niyyətində olmayacağını da istisna etmir.

Ona görə də Rusiya ABŞ və Çin arasında, məsələn, Tayvanla bağlı birbaşa açıq münaqişənin olmasını istəyir. Bu, Si Cinpin və Vladimir Putini yaxınlaşdıracaq və Cozef Baydeni Ukraynanı dəstəkləməkdən yayındıracaq.

Xatırladaq ki, ABŞ-da 2024-cü ildə prezident seçkiləri keçirilməlidir, ona görə də Çin əleyhinə mövqeyi ilə tanınan Donald Trampın qalib gəlməsi tamamilə mümkündür. Buna görə də, Si hazırda ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üçün Baydenlə görüşə razılaşıb(?).

...Ehtimallara görə, Çin Prezidenti amerikalı həmkarı ilə aşağıdakılar barədə razılığa gələ bilər:

- ABŞ-la ticarət-iqtisadi sahədə bəzi problemlərin aradan qaldırılması;

- Tayvan ətrafında qarşılıqlı əlaqə qaydalarını hazırlamaq.

Onu da qeyd edək ki, Bayden indi konstruktiv dialoqa sadiqdir. Danışıqlara hazırdır və onun administrasiyası da bunu təsdiqləyir. Təbii ki, bunu hiss edən Çin rəhbəri bu şansdan istifadə etməyə çalışacaq, çünki Trampla danışıqlar aparmaq daha çətin ola bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə