Bir milyon dollar rüşvət alan polkovnik...əfv edilib

Bir milyon dollar rüşvət alan polkovnik...əfv edilib

Rusiya İstintaq Komitəsinin milyon dollarlıq rüşvət işi üzrə mühakimə olunan keçmiş polkovniki Aleksey Kramarenko Ukraynadakı müharibədə iştirakına görə əfv olunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kramarenko altı aydan çox əvvəl - keçmiş müstəntiqin şərti azadlığa buraxılmasından imtina edildikdən sonra Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Qeyd edək ki, hazırda Kramarenko Ukrayna ərazisində hücum dəstəsinin komandiridir və dekabrda vətənə qayıtmalıdır.

Yeri gəlmişkən, Aleksey Kramarenko Moskvanın Mərkəzi İnzibati Dairəsi üzrə istintaq şöbəsinə rəhbərlik edib.

2021-ci ildə məhkəmə onu külli miqdarda rüşvət almaqda təqsirli bilib, 10 il həbs və 195 milyon rubl cərimələyib. Cinayət işinin materiallarına görə, Kramarenko və İstintaq Komitəsinin daha bir neçə yüksək rütbəli əməkdaşı “Şakro Molodoy” kimi tanınan kriminal rəhbəri Zaxari Kalaşovdan iki əlaltısını həbsdən azad etmək üçün bir milyon dollar alıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə