Bu arada “Instagram” sosial şəbəkəsi Çeçenistan rəhbəri Ramzan Kadırovun üç oğlu – Axmat, Adam və Eli Kadırovların hesablarını bloklayıb.
Respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib ki, tədbir Kadırovun özünün və atası Axmat Kadırovun fəaliyyətinə dair səhifəyə də təsir edib.
“Bir gün əvvəl respublikamızın müxtəlif internet platformalarında aparıcı akkauntları bloklanıb”.
SİA-nın əldə etdiyi məlumata görə, Əhməd Dudayev yazıb bunu.
Onun sözlərinə görə, “YouTube” video hostinqi Çeçenistan dövlət televiziya və radio şirkətinin “Qroznı”nın üç kanalını bloklayıb.
Baş verənləri şərh edən çeçen nazir deyib ki, bu, Qərbin informasiya sahəsində həqiqətin səsini boğmaq cəhdidir.
Xatırladaq ki, Ramzan Kadırovun şəxsi İnstaqram hesabı hələ 2017-ci ildə bloklanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB