Təhsil Nazirliyi rus məktəblərində təhsil alan miqrant uşaqların rus dilini bilmə səviyyəsini müəyyən etmək üçün diaqnostik testlər keçirəcək. İmtahan nəticələrinə əsasən miqrant ailələrindən olan məktəblilər əlavə rus dili kurslarına göndərilə bilərlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə təhsil naziri Sergey Kravtsov Federasiya Şurasında keçirilən dinləmələrdə bildirib.
“Kommersant”ın yazdığı kimi, bu bəyanatdan əvvəl Rusiya cəmiyyətində müzakirələr aparılıb. Belə ki, Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev bildirib ki, miqrant uşaqların 50 faizdən 75 faizə qədəri rus dilini az bilir və ya heç bilmir. Fadeyev iddia edir ki, Moskva və Sankt-Peterburqun bəzi məktəblərində belə şagirdlərin 20 faizə qədəri var.
“Ədalətli Rusiya – Həqiqət naminə” partiyası öz növbəsində əcnəbilərin uşaqlarının və rus dilini kifayət qədər bilməyən uşaqların sayının 10 faizlə məhdudlaşdırılmasını təklif edib. “Rus dilini xarici dil kimi bilən uşaqların sayı ümumi şagirdlərin 3 faizdən çox olan” məktəblərdə rus dilinin əlavə öyrənilməsi üçün ödənişli kurslar tətbiq edilir.
Bu arada “Platforma” Sosial Dizayn Mərkəzinin direktoru Aleksey Firsov “Kommersant”la söhbətində həm psixoloji suallar blokunu, həm də tarixi kontekstlə bağlı biliklərlə bağlı testləri tənqid edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB