Ukraynada genişmiqyaslı müharibə davam edir, indi Ukrayna torpaqlarında əvvəlkindən qat-qat çox rus hərbi personalı var, lakin bu qrupun effektivliyi xeyli aşağıdır.
SİA-nın əldə etdiyi məlumata görə, hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenkonun “obozrevatel.com” saytındakı materialında deyilir ki, ruslar sistemli şəkildə Ukraynadakı döyüş zonasını hərbçilərlə doyurur, lakin eyni zamanda onları lazım olan hər şeylə təmin etmək imkanına malik deyil.
“Ona görə də 400 mindən çox olan qrupun effektivliyi 180 minlik qrupun effektivliyindən xeyli aşağıdır”, - ekspert qeyd edib.
Kovalenkonun sözlərinə görə, belə şəraitdə düşmənlər əksər hallarda müdafiə funksiyalarını yerinə yetirə, sonra yalnız insan resurslarına güvənərək, kadr təminatı və keyfiyyətindəki bütün boşluqları onlarla bağlaya bilərlər.
...Bunun nəticəsi böyük itkilər və qeyri-sabit cəbhədir, bütün səylərə baxmayaraq, onu saxlamaq rus qüvvələri üçün mümkün görünmür.
Bunu deyən Kovalenko, ötən il fevralın 24-də 180 min rus əsgərinin Ukrayna torpaqlarını işğal etdiyini xatırladıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB