Rusiyadan Gürcüstana pul köçürmələri 80 faiz azalıb

Rusiyadan Gürcüstana pul köçürmələri 80 faiz azalıb

Gürcüstan Milli Bankı bu ilin oktyabr ayı üçün ölkəyə pul köçürmələrinin statistikasını açıqlayıb. İdarədən bildirilib ki, bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,6% azalıb.

...2023-cü ilin oktyabrında ölkəyə pul köçürmələrinin həcmi 283 milyon ABŞ dolları (761,5 milyon lari) təşkil edib ki, bu da 2022-ci ilin oktyabr ayının analoji göstəricisindən 43,6 faiz (219 milyon dollar) azdır. Xaricdən Gürcüstana pul köçürmələrinin 96,8 faizi 26 ən böyük tərəfdaş ölkədən daxil olub, oktyabrda bu ölkədən pul köçürmələrinin həcmi 1 milyon dolları ötüb. Ötən ilin oktyabrında bütün pul köçürmələrinin 97,0 faizi eyni 26 ölkədən daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Gürcüstan Milli Bankı bildirir.

Maraqlıdır ki, ən çox pul köçürmələrinin aparıldığı ölkələrin siyahısına hələ də Rusiya başçılıq edir. Amma, qeyd edək ki, 2022-ci ilin oktyabr ayı ilə müqayisədə (299,28 milyon dollar) Rusiya Federasiyasından pul köçürmələri demək olar ki, 80 faiz azalıb.

Milli Bank həmçinin bildirir ki, 2023-cü ilin oktyabr ayında Gürcüstandan xaricə 31,5 milyon ABŞ dolları (84,8 milyon lari) göndərilib ki, bu da 2022-ci ilin oktyabr ayının analoji dövrünün (31,4 milyon dollar) göstəricisindən 0,2 faiz çoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə