Türkiyə Qəzzaya dərman və tibbi ləvazimat göndərib

Türkiyə Qəzzaya dərman və tibbi ləvazimat göndərib

Türkiyədən Qəzzaya dərman və tibbi ləvazimat daşıyan, içində 9 mütəxəssis səhiyyə işçisinin də olduğu hərbi təyyarə Kayseri hava limanından Misirin Əl-Ariş hava limanına yola düşüb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Kayseri Hava Limanında 23 bağlama dərman və tibbi ləvazimat yüklənən Milli Müdafiə Nazirliyinə məxsus təyyarə hazırlıqların tamamlanmasından sonra aralarında mütəxəssis həkim və tibb bacılarının da olduğu 9 səhiyyə işçisi ilə Türkiyə vaxtı ilə saat 14.15-də Misirin Əl-Ariş hava limanına doğru havaya qalxıb.

Səhiyyə işçiləri Misirin Səhiyyə Nazirliyi ilə aparılmış planlar çərçivəsində yaralıların müalicəsində vəzifə öhdələnəcək.

Qeyd edək ki, indiyədək 10 təyyarə ilə Misirə təxminən 230 ton humanitar yardım materialı çatdıran Türkiye bölgəyə tibb personalı da göndərib.

Dərman, tibbi cihaz, 8 səhra xəstəxanası, 20 təcili yardım maşını və tibbi istehlak materialları da daxil olmaqla 50 konteyner və 660 ton material daşıyan Türkiye gəmisi də Əl-Ariş limanına çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə