İsrail ordusu günlərdir mühasirədə saxladığı Qəzzanın ən böyük tibb kompleksi olan Şəfa xəstəxanasına çərşənbə günü səhər saatlarında basqın edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fələstinin səhiyyə naziri Mey Keyle açıqlamasında bildirib ki, Şəfa Kompleksində tibb işçilərinin, xəstələrin və köçkünlərin həyatına tam cavabdeh işğalçı qüvvələrdir.
İsrailin ordu sözçüsü Aviçay Adrae əməliyyatın xəstəxanada olan vətəndaşları, sağlamlıq qruplarını və xəstələri hədəf almadığını və əməliyyatdan əvvəl məsələnin xəstəxana müdiriyyətinə çatdırıldığını ifadə edib.
Digər tərəfdən Qəzzada Səhiyyə Nazirliyi açıqlamasında əməliyyatın başlanması ilə bağlı Şəfa xəstəxanasına məlumat verildiyini təsdiqləyib.
Xəstəxana daxilindən canlı telefon danışıqlarına qatılan mülki şəxslər, hücumlar səbəbi ilə xəstəxananın daxili dəhlizlərində pəncərələrdən uzaq qalmağa davam etdiklərini qeyd ediblər.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB