Miçiqan məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2021-ci ildə Kapitoli hadisələrindəki roluna baxmayaraq, 2024-cü ildə prezidentliyə namizəd ola biləcəyinə qərar verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hakim sabiq prezidentin Kapitoliyə hücumda rolunun onun yenidən seçilmək iddiasını məhdudlaşdırdığına dair arqumentləri rədd edib.
Beləliklə, Trampın namizədliyi ştatın ilkin səsvermə bülletenində qalacaq.
Yerli medianın məlumatına görə, Trampın ABŞ-də seçicilər arasında dəstəyi artırıb. Xüsusilə, o, ən mühüm altı ştatdan beşində - Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniyada seçici dəstəyinə görə indiki dövlət başçısı Co Baydeni qabaqlaya bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB