Rusiya prezidenti Vladimir Putin və Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Kreml Sarayından verilən açıqlamaya görə, Putin və Sisi arasında telefon danışığı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail-Fələstin münaqişəsi zonasındakı vəziyyətin müzakirə edildiyi görüşdə hər iki tərəf minlərlə uşaq və qadın da daxil olmaqla, görünməmiş mülki itkilərdən dərin narahatlıqlarını ifadə edib.
Görüşdə qan tökülməsinin ən qısa zamanda dayandırılması, girovların azad edilməsi və Qəzzada dinc əhaliyə humanitar yardımların çatdırılması, Rusiya və Misirin bölgədəki vəziyyəti həll etmək üçün razılığa gəldiyi bildirilib. Beynəlxalq hüquq əsasında İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılması vurğulanıb. Putin Rusiya vətəndaşlarının Qəzza zolağından təxliyəsi zamanı Misirin dəstəyinə görə Sisiyə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB