Ermənilər nə istədiklərini heç özləri də bilmirlər...

Ermənistan Vaşinqtonda Azərbaycanla danışıqlar aparmağa hazır olduğunu bildirib
Ermənilər nə istədiklərini heç özləri də bilmirlər...

...Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar Vaşinqtonda baş tuta bilər(?). Bunu ölkənin İctimai Televiziyasına müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“...Biz sülh müqaviləsi üzərində işi başa çatdırmaq və mümkünsə, ilin sonuna qədər onu imzalamaq üçün danışıqları davam etdirməyə hazırıq. Vaşinqtonda danışıqlar aparmaq üçün müxtəlif səviyyələrdə imkanlar var. Ermənistan buna hazırdır və ümid edir ki, belə bir görüş baş tutacaq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Qriqoryan bildirib.

Yeri gəlmişkən, Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan tərəfi danışıqlara o ölkələrə gedir ki, orada imkanlar görür və aydın təkliflər var.

Maraqlıdır ki, Qriqoryan, Moskvadan belə təkliflər barədə məlumatın olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə