Bu, Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında baş verib...
...Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında (Ukrayna ərazisində) Rusiyanın təxribat və kəşfiyyat qrupu Belarus ərazisindən sərhədi keçən çöl donuzları sürüsü ilə qarşılaşıblar.
Təbii ki, kəşfiyyatla bağlı heyvanlara atəş edə bilməyən ruslar qaçmağa üstünlük veriblər.
Vəhşi donuzlardan biri nəhayət ki, rus hərbçisinə yetişib. Vəhşi heyvanla toqquşma nəticəsində çəlimsiz rus əsgəri yıxılaraq başından zədə alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rusların “Kremlevskaya tabakerka” telegram kanalı məlumat yayıb.
Kanalın yazdığına görə, çöl donuzu ilə uğursuz qarşılaşma nəticəsində rus kəşfiyyatçı yerindəcə dünyasını dəyişib. Onun tərəfdaşları mərhumun cəsədini çıxara bilmədiklərindən onu gizlətməli olublar.
Mənbə onu da bildirir ki, kəşfiyyat qrupu Çernobıl zonasında təxribat əməliyyatı keçirməyi planlaşdırıb. Amma bunun 20 ildən artıq fəaliyyət göstərməyən Çernobıl AES-in fəaliyyəti ilə hansısa şəkildə bağlı olub-olmadığı hələ də məlum deyil.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB