...Bu arada Ukrayna artilleriyaçıları dəqiq zərbələrlə rusların mühüm üç hədəfini məhv edib.
SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı videonu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları yayıb. Hərbçilərin qeyd etdiyi kimi, artilleriyaçıların dəqiq işi nəticəsində aşağıdakılar məhv edilib:
- elektron müharibə antena stansiyası;
- “Murom-M” müşahidə kompleksi;
- yanacaq və sürtkü materialları üçün sahə anbarı.
Qeyd edək ki, ruslar elektron döyüş stansiyasından Ukrayna hərbçilərinin elektron kəşfiyyat avadanlıqları, rabitə və idarəetmə sistemləri eləcə də radio müdaxiləsi yaratmaq üçün istifadə ediblər.
Onlar “Murom-M” kompleksinin köməyi ilə işçi qüvvəsi və texnikaya baxa bilirdilər. Bu kompleks 10 km-ə qədər məsafədə insanı fərqləndirən yaxşı zumlu optik kamera, eləcə də 8 km-də avtomobili və 4 km-də insanları aşkar edən teploviserlə təchiz edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB