Tolyatti şəhərinin Avtozavodski məhkəməsi yerli sakin Aleksey Arbuzenkonu 6 il müddətinə ümumi rejimli koloniyaya göndərib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, Ukraynanın işğalında iştirak edən rus hərbçilərini əks etdirən plakatları zədələməkdə təqsirli bilinib.
Hökmə əsasən, Arbuzenko azyaşlı oğlu ilə birlikdə Tolyattidə yollar boyunca quraşdırılmış hərbi qulluqçuların olduğu plakatlara daş və palçıq parçaları atıb.
Ümumilikdə beş belə hal müəyyən edilib. Buna görə Tolyatti vətəndaşı Rusiya ordusunu nüfuzdan salmaq, vandalizm və azyaşlının cinayətə cəlb edilməsi ilə bağlı cinayət işi üzrə təqsirli bilinib.
Federal Təhlükəsizlik Xidmətinin Fedenin press-relizindən belə çıxır ki, hökm artıq ikinci instansiya məhkəməsi tərəfindən təsdiqlənib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB