BMT-nin irqçiliyin müasir formaları üzrə xüsusi məruzəçisi Aşvini K.P. ABŞ-da baş verən sistemli irqçilik hadisələrindən şoka düşdüyünü bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti BMT-nin İnsan Haqları İdarəsinin Aşvininin ABŞ-a səfərinin yekunlarına dair tərtib etdiyi hesabata istinadən xəbər yayıb.
Qeyd olunur ki, Aşvininin ABŞ-a səfəri 15 gün davam edib. Onun sözlərinə görə, bu müddət ərzində ekspert “irqi cəhətdən təcrid olunmuş qrupların” nümayəndələrindən sistemli irqçiliyin çoxsaylı təzahürlərinə dair sübutlar toplayıb.
…Ekspert, ziyarət etdiyi hər bir ştatda şahidi olduğu sistemli irqçiliyin çoxşaxəli və bir-birini gücləndirən təzahürlərindən şoka düşdüyünü və bəzən dəhşətə gəldiyini söyləyib.
Qeyd edək ki, sənəddə belə deyilir.
Aşvinin məlumatına görə, sistemli irqçiliyin sübutları arasında səsvermə hüququndan, eləcə də mənzil hüququndan məhrumetmə nümunələri var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB