Növbəti toplantı Yunanıstanda keçiriləcək

Növbəti toplantı Yunanıstanda keçiriləcək

Noyabrın 13-də Ankarada Türkiyə və Yunanıstan arasında hərbi təhlükəsizliyin gücləndirilməsinə dair növbəti toplantı keçirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyi görüşün yekunlarına dair məlumat yayıb.

Məlumatda mövzuya dair növbəti toplantının Yunanıstanda keçirilməsinə, qarşılıqlı təmasda qalmaq və razılaşdırılmış görüşlərin təşkilini asanlaşdırmaq üçün Əlaqə Nöqtəsi Mexanizminin yaradılmasına qərar verildiyi bildirilib.

Tərəflər 2024-cü il boyu bu mövzuda görüşlərin keçirilməsində razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə