Böyük Britaniya onlara qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya onlara qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya hökuməti Fələstinin Qəzza zolağındakı HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvara və təşkilatla əlaqəsi olan daha beş şəxsə qarşı sanksiyalar tətbiq edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

HƏMAS-ın hərbi lideri Məhəmməd əl-Deyf, Həmas Siyasi Bürosunun üzvü Musa Dudin və hərəkatın digər yüksək rütbəli üzvü Mərvan İsa da ölkəyə giriş qadağası və aşkar edilərsə bank hesablarının dondurulmasını nəzərdə tutan məhdudiyyətlərə məruz qalıb.

Sanksiya siyahısında həmçinin Böyük Britaniyada terror təşkilatı kimi tanınan hərəkatın maliyyələşdirilməsində iştirak etdiyi iddia edilən sudanlı Abdelbasit Hamza və livanlı Nabil Çuman da var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə