Türkiyənin xarici işlər naziri Hakan Fidan Avstraliyanın xarici işlər naziri Penni Vonq ilə Qəzzadakı son vəziyyəti müzakirə edib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Hakan Fidan avstraliyalı həmkarı Penni Vonq ilə telefon əlaqəsi saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, tərəflər Qəzzadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Xarici işlər naziri Hakan Fidan Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsinin və humanitar yardımın fasiləsiz çatdırılmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Münaqişənin bölgəyə sıçrama riskinə də toxunan Hakan Fidan İsrailin Qəzzanı hədəf alması, xəstəxana və məktəbləri bombalamasının beynəlxalq hüququn kobud şəkildə pozulması mənasına gəldiyini bildirib.
Nazir Fidan həmçinin Vonqa Qəzzada yaşananların sona çatması üçün beynəlxalq ictimaiyyətin İsrailə doğru mesajlar çatdırılmasının əhəmiyyətini xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB