"Türkiyə bölgəsində oyun qurucusu və lider ölkəyə çevrilib"

F.Altun məqaləsində Türkiyənin regional məsələlərdəki roluna və BMT-nin mexanizmində lazım olan islahatlara diqqət çəkib.
"Türkiyə bölgəsində oyun qurucusu və lider ölkəyə çevrilib"

Türkiye Prezident Administirasiyası Kommunikasiya İdarənin rəhbəri Fahrettin Altun bildirib ki, Türkiyə qlobal və regional problemlərin həlli üçün ictimai diplomatiya kimi müasir dövlətlərarası qarşılıqlı fəaliyyət vasitələrindən, humanitar və diplomatik kanallardan səmərəli istifadə edir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

F.Altun İspaniyada dərc olunan siyasət jurnalı “Atalayar”da dərc olunan “Ərdoğanın Türkiyəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) uğursuz olduğu yerlərdə həll yolları təklif edir” başlıqlı məqaləsində Türkiyenin regional məsələlərdəki roluna və BMT-nin mexanizmində lazım olan islahatlara diqqət çəkib.

F.Altun bildirib ki, Türkiye Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında son illərdə əldə etdiyi irəliləyişlərlə beynəlxalq balanslarda hörmət qazanıb və xüsusilə Orta Şərq və Qafqazda regional məsələlərdə öz oyun qurucu rolunu uğurla yerinə yetirib.

"Türkiyə son illərdə əldə etdiyi irəliləyişlərlə beynəlxalq balanslarda hörmət qazanır və regional məsələlərdə, xüsusilə Orta Şərq və Qafqazda öz oyun qurucusu rolunu uğurla yerinə yetirir. Son zamanlar İsrail-Fələstin münaqişəsində Prezident Ərdoğanın liderliyi ilə irəli sürülən və məsələnin humanitar miqyasını ön plana çıxaran həllyönümlü siyasi mövqe bunun göstəricisidir. Ukrayna, Qarabağ və digər regional məsələlərin açıq şəkildə göstərdiyi kimi Cümhuriyyətin ikinci əsrinə qədəm qoyarkən Türkiye bölgəsində oyun qurucusu və lider ölkəyə çevrilib", -deyə o qeyd edib.

BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq təşkilatların qlobal problemləri həll etməkdə yetərli olmadığını, hətta bu problemləri daha da dərinləşdirdiyini vurğulayan F.Altun beynəlxalq təşkilatların yeni əsrin işığında yeni tarazlıqlar nəzərə alınaraq qurulmasının vacibliyini açıq şəkildə ifadə edib.

Türkiyənin yeni çoxölçülü və çox aktyorlu yeni beynəlxalq konyukturaya Prezident Ərdoğanın “Dünya beşdən böyükdür” şüarına uyğun olaraq hazırlaşdığına diqqət çəkən Altun deyib:

“Türkiyə qlobal və regional problemlərin həlli üçün dövlətlərarası qarşılıqlı fəaliyyətin ictimai diplomatiya kimi müasir vasitələrindən, eləcə də humanitar və diplomatik kanallardan səmərəli istifadə edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə