Fransanın Yaxın Şərq və Məğrib bölgəsi diplomatları, prezident Emmanuel Makronu tənqid edərək ölkələrinin Qəzza ilə bağlı israilyönlü rəftarından "kədərləndiklərini" bildiriblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yaxın Şərq və Şimali Afrikada xidmət edən 10-a yaxın fransız diplomat Xarici İşlər Nazirliyinə göndərdikləri bəyanatda Qəzza məsələsində Fransanın israilyönlü “əyilmə”sini tənqid edib.
Adının açıqlanmasını istəməyən Xarici İşlər Nazirliyinin əməkdaşı bildirib ki, bəyanatda Makronun 7 oktyabrdan sonra israilyönlü rəftarının ölkənin İsrail-Fələstin məsələsində indiyə qədər qəbul etdiyi “balans” siyasətinə zidd olduğu izah edilib.
Xarici İşlər Nazirliyinin əməkdaşı bəyan edib ki, bəyannamədə prezident Makronun Qəzza məsələsində tutduğu mövqe Fransanın nüfuzuna mənfi təsir göstərib. Bəyanatda Fransa ilə Yaxın Şərq arasında etimad böhranının “ciddi” həddə çatdığı və daimi xarakter daşımaq riski daşıdığı qeyd edilib.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB