Ukraynanın Xerson vilayətinin işğal altında olan Qornostayevka rayonunda pilotsuz təyyarələr “polis idarəsi”nə hücum edib.
Rusiyanın “ASTRA” Teleqram kanalının məlumatına görə, hücum noyabrın 13-də baş verib.
Belə ki, iki pilotsuz uçuş aparatı Torqovaya küçəsində yerləşən “polis idarəsi” adlanan binaya partlayıcı maddə atıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, partlayışlar nəticəsində polisin iki şəxsi avtomobili, binanın pilləkənləri və pəncərələri zədələnib.
Qeyd edək ki, polislər arasındakı tələfatla bağlı heç nə deyilmir.
Deyilənlərə görə, kəndin işğalından sonra Qornostayevkadakı rus polisi qanuni Ukrayna polisinin əvvəllər olduğu binada yerləşdirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB