Ey gidi dünya, bu da sənə qardaş..?

Ey gidi dünya, bu da sənə qardaş..?

...Kreml rəhbərinin sadiq dostu, İordaniya şahzadəsi II Abdullah qərar verdi. Deməli indi artıq şahzadə “barrikadaların” o biri tərəfində vuruşacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir neçə il əvvəl o, Kreml rəhbərini sədaqətinə inandıraraq onu “qardaşı” adlandırmışdı.

Belə görünür ki, indi, deyəsən o, fikirlərini dəyişib və Ukraynaya hərbi texnika yardımı edəcək.

Qeyd edək ki, bu barədə “De Telegraaf” məlumat yayıb.

Məlumatda deyilir ki, II Abdullah 2013-cü ildə Hollandiyadan “Cheetah” döyüş maşınları alıb və ABŞ rəsmiləri bu zirehli maşınları sonradan Ukraynaya ötürmək üçün ondan alacaqlar.

Deyilənlərə görə, artıq danışıqlar da başa çatıb.

Və yaxın vaxtlarda İordaniyadan Ukraynaya döyüş maşınları göndəriləcək.

Onu da qeyd edək ki, Putinin İordaniya şahzadəsinin belə bir addımına necə reaksiya verəcəyi məlum deyil, çünki o, hələlik bu hadisəyə rəsmi münasibət bildirməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə