Meksikanın Zakatekas əyalətində patrul maşınına silahlı basqın nəticəsində 3 polis məmuru həyatını itirib. SİA xəbər verir ki, bu barədə ştatının baş katibi Rodriqo Reyes Muqerza məlumat verib. O, hücumda biri qadın olmaqla 3 polisin həyatını itirdiyini bildirərək bu şəxslərin ailələrinə başsağlığı verib.
Baş katib həmçinin hücum edənlərdən 3-nün öldürüldüyünü də bildirib.
Hücum əmri verənlərin tutulması üçün genişmiqyaslı əməliyyata başlanıldığını söyləyən Muqerza cinayəti törədənlərin yaxalanması üçün bütün imkanlardan istifadə edəcəklərini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB