Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell noyabrın 16-da İsrailə gedəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ali Nümayəndə Borrell İsraillə həmrəylik nümayiş etdirmək üçün İsrailə səfər edəcək.
Səfər çərçivəsində o, İsrail Prezidenti İsxaq Herzoq, xarici işlər naziri Eli Kohen və HAMAS-ın girov götürdüyü şəxslərin ailələri ilə görüşlər keçirəcək. Xatırladaq ki, ötən il Aİ-nin Ali Nümayəndəsi İsrailə səfərlə bağlı müraciət etsə də, İsrail hökuməti onun səfəri üçün imkan yaratmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB