Rəsmi Ankara ilə Afina arasında növbəti toplantı Yunanıstanda keçiriləcək

Rəsmi Ankara ilə Afina arasında növbəti toplantı Yunanıstanda keçiriləcək

Ankarada Türkiyə və Yunanıstan arasında hərbi təhlükəsizliyin gücləndirilməsinə dair keçirilən növbəti toplantı başa çatıb. SİA xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi görüşün yekunlarına dair məlumat yayıb.

Məlumatda mövzuya dair növbəti toplantının Yunanıstanda keçirilməsinə, qarşılıqlı təmasda qalmaq və razılaşdırılmış görüşlərin təşkilini asanlaşdırmaq üçün Əlaqə Nöqtəsi Mexanizminin yaradılmasına qərar verildiyi bildirilir.

Tərəflər 2024-cü il boyu bu mövzuda görüşlərin keçirilməsində razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə