Naməlum şəxslər ekoloji fəalın eyvanına kəsilmiş it başı atıblar

Naməlum şəxslər ekoloji fəalın eyvanına kəsilmiş it başı atıblar

...Kemerovo vilayətinin Anapas kəndində naməlum şəxslər ictimai fəal Oksana Laukartın evinin eyvanına kəsilmiş it başı atıblar.

Bundan əlavə onun avtomobilinin şüşəsini də qırıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “7x7” yayıb.

Laukart baş verənlərlə bağlı İstintaq Komitəsinin əməkdaşını çağırıb.

Qeyd edək ki, Laukart, on üç ildir ki, Alekseevka, Ananyino və Apanas kəndlərinin yaxınlığında getdikcə daha çox kömür mədənlərinin tikintisinə qarşı çıxan ətraf mühit fəallarının ictimai səhifəsini idarə edir.

Etirazçılar müntəzəm olaraq kömür mədənçilərinin təzyiqi ilə üzləşirlər. Hətta may ayında kömür mədəninin mühafizəçiləri fəalları döyüblər.

Onu da qeyd edək ki, Kemerovo vilayətinin keçmiş qubernatoru Aman Tuleyev bölgədə kömür hasilatının əleyhinə olanları “çöplər” adlandırmışdı.

Onun sözlərinə görə, etiraz aksiyalarına görə guya fəallar çoxlu pul alırlar.

Yaxınlığında kömür hasil etmək istədikləri kəndlərin sakinləri problemlə bağlı dəfələrlə Kuzbassın hazırkı qubernatoru Sergey Tsivilevə müraciət ediblər. Onlar Apanosovski açıq mədəninin tikintisinin dayandırılması təqdirdə, kömür mədənçiləri ilə qaçılmaz münaqişə barədə xəbərdarlıq ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə