Mask miqrantlarla bağlı vəziyyətə görə Avropada vətəndaş müharibəsi olacağını proqnozlaşdırır
...İş adamı Elon Mask bildirib ki, Avropa miqrantlarla bağlı vəziyyətin pisləşməsi səbəbindən vətəndaş müharibəsi ilə üzləşə bilər.
Londonda miqrantlarla yerli sakinlər arasında toqquşmaları əks etdirən videoya şərh olaraq sosial media X-də “Avropa vətəndaş müharibəsinə doğru gedir” deyə yazıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu, iş adamının ilk dəfə belə açıqlama verməsi deyil. Belə ki, oktyabr ayında o, britaniyalı siyasi şərhçi Konstantin Kissinin Avropa şəhərlərində Fələstinin HƏMAS qruplaşmasının hərəkətlərini minlərlə insanın qeyd etdiyi yazısına eyni sözlərlə cavab vermişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB