Rusiyalı könüllülər fərarilik və təslim olmağa görə cəza alacaqlar
Beləliklə, Ukraynada könüllü birləşmələrin tərkibində olan müharibə iştirakçılarının nizami hərbi qulluqçularla eyni əsasda əmrləri yerinə yetirməkdən imtina etdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilməsi təklif edilir.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Federasiyasının Dövlət Duması Cinayət Məcəlləsinə dəyişiklik edib. Sənəd qanunvericilik dəstəyi sistemində dərc olunub.
Layihə müəllifləri qeyd edirlər ki, könüllülər aldıqları silahlara, hərbi texnikaya və maddi-texniki təchizata görə maddi məsuliyyət daşıyırlar, lakin döyüş şəraitində tapşırıqları yerinə yetirməkdən boyun qaçırmağa, fərariliyə eləcə də könüllü təslim olmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmur.
Deputatlar “bu boşluğu aradan qaldırmaq” qərarına gəliblər.
Könüllülərin digər hərbi qulluqçular kimi - səfərbərlik, hərbi vəziyyət, müharibə vaxtı və silahlı münaqişə şəraitində törətdiyi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi təklif olunur.
Yeri gəlmişkən, noyabrın 8-də Ukraynadakı müharibə haqqında yazan rusiyalı blogerlər və media işçiləri ilə görüşən Rusiya prezidenti Vladimir Putin, Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edən könüllü və müqaviləli hərbçilərin döyüşlər başa çatmayana qədər evlərinə qayıtmayacaqlarını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB