Zurabişvili Gürcüstanda yaşayan rusların təhlükəsindən ehtiyat edir
...Gürcüstan Moskvadan gələn hibrid müharibə təhlükəsindən ehtiyat edir, ona görə də hakimiyyət bu ölkədə yaşayan rusları yoxlamalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkə prezidenti Salome Zurabişvili Fransanın RFI radiosuna müsahibəsində danışıb.
O, rusiyalı mühacirlərin Gürcüstan iqtisadiyyatına töhfə verdiyini, lakin gürcü mədəniyyətinə inteqrasiyada maraqlı olmadıqlarını etiraf edib.
...Bizdə elə bir hiss var ki, onlar öz evlərindəymiş kimi davranırlar, bəlkə də əvvəllər, SSRİ dövründə necə olduğunu xatırlayırlar. Xüsusilə də belə bir hiss var ki, onların Gürcüstana girişinə kifayət qədər nəzarət olunmur və bu kütlə arasından ölkəyə kimin girə biləcəyini bilmirik.
Bunu bildirən Zurabişvili, Ukraynanı dəstəklədiyini də dilə gətirib.
Bununla yanaşı o, Rusiyanın suveren ölkələrin sərhədlərinə hörmətlə yanaşarsa, onunla münasibətlərin normallaşacağına da ümid etdiyini bildirib.
Zurabişvili, Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsi qərarının mühüm addım olduğunu vurğulayaraq, ölkənin inkişafında Avropa dəstəyinin həlledici rolunu qeyd edib.
Qeyd edək ki, 2022-ci ildə rusların səfərbərlikdən qaçmasını şərh edən Salome Zurabişvili, RFI radiosunun efirində hazırda Gürcüstanda 100 minə yaxın Rusiya vətəndaşının qaldığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB