Ukrayna Baş Prokurorluğu noyabrın 13-də 9-cu çağırış Ali Radanın iki deputatını Rusiya hərbi kəşfiyyatına işləməkdə şübhəli bilib.
SİA-nın əldə etdiyi məlumata görə, onlardan biri əvvəllər mandatdan və Ukrayna vətəndaşlığından məhrum edilib.
Qeyd edilir ki, prezidentyönlü “Xalq xidmətçisi” partiyasından seçilmiş hazırkı deputat Aleksandr Dubinski və SBU-nun keçmiş rəhbəri Leonid Derkaçın oğlu dövlətə xəyanətdə şübhəli bilinirlər.
Bundan əlavə, prokurorluğun iddiasına görə, cinayətkar qrupun tərkibində daha üç nəfər, o cümlədən Ukraynanın şərqindəki Antiterror Əməliyyatı qüvvələrinin keçmiş hərbi prokuroru Konstantin Kulik də fəaliyyət göstərib.
Dubinskinin Buratino agent adı altında fəaliyyət göstərdiyi və Rusiyanın xeyrinə “məlumat və təxribat fəaliyyətləri” həyata keçirdiyi iddia edilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB