Məhkəmə kalmık redaktora qəzet nəşrini qadağan edib

Məhkəmə kalmık redaktora qəzet nəşrini qadağan edib

Elistada məhkəmə "Müasir Kalmıkiya" nəşrinin baş redaktoru Valeri Badmayevi Rusiya ordusunu dəfələrlə gözdən salmaqda təqsirli bilərək iki il müddətinə qəzet dərc etməyi və internetdə materiallar dərc etməyi qadağan etdi.
Bundan əlavə, Badmaev 150 min rubl cərimə cəzasına məhkum edilib.

SİA bu barədə “Qafqaz düyünü” agentliyinə istinsd edir.

Baş redaktora qarşı cinayət işinin başlanmasına səbəb onun “VKontakte” sosial şəbəkəsindəki səhifəsində ukraynalı hərbçinin Rusiya ordusuna hücum zamanı fosfor bombalarından istifadə etməsindən bəhs edən videonun repost edilməsi olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə